Zipato ilə həyatınızı asanlaşdıracaq 3 əsas üsul

by

Məqalələr

Zipato haqqında ən əsas məsələ ondan ibarətdir ki , bütün cihazlarınızı həmçinin bir birinıə bağlaya bilərsiniz.İnsanlar bəzən elə  düşünürlər ki , biz yalnız bahalı işıq və səs sistemlərini quraşdırırıq – lakin bu belə deyildir, qoşulma prosesi və maliyyəti çox azdır. Biz daim müştərilər üçün ən sərfəlisini axtarırıq.İndi isə, evinizi ağıllı etməyin daha sadə, effektiv və ucuz yolları haqqında danışaq.

Qapıya sensor əlavə edin :

Dünya bazarındakı qapı-pəncərə sensorları öz funksionallıqlarına görə fərqlənir. Öz funksionallığı və keyfiyyəti ilə dünya bazarında rəqiblərini qabaqlayan  Zipato qapı-pəncərə sensoru, sizin evinizin girişinə nəzarət edir , giriş-çıxışlar barəsində sizi xəbərdar edir.Siz evdə olmadıq da belə, bildirişlərlə sizə vəziyyət dəyişiklikləri barədə məlumat verir.

Şübhəsiz ki, bu sensor, həmçinin sizin evinizin təhlükəsizliyi və oğrulardan mühafizəsi üçün unikal bir avadanlıqdır. Kiçik bir sərmayə ilə evinizin təhlükəsizliyinə böyük yatırım edin.

 Ağıllı divar prizlərinizlə ev idarəsini təkmilləşdirin

Ağıllı divar prizləriniz var və onları necə istifadə edəcəyinizi bilmirsiniz?Gəlin təsəvvür edək.Uşağınız və ya özünüz, gecə yuxudan oyanıb sobada özünüz üçün yemək hazırlamaq istədiniz.Bu zaman yuxulu olduğunuz üçün işiniz bitdikdən sonra sobanı söndürmədiniz.Evinizdə yanğın baş verməsi qaçınılmazdır!

Narahat olmayın,Zipato ağıllı priziniz sobanı avtomatik idarə edir və baş verə biləcək bütün hadisələrdən əvvəlcədən size siğortalayır!

Əlbəttəki Zipato ağıllı prizin tətbiqi bununla kifayətlənmir. Aç-Bağla prinsipiylə işləyən bütün analoq cihazlara tətbiqi mümkündür.Zipato Mobil proqramı ilə  istər manual , istərsə də avtomatik idarə-etmə mümkündür.Kofe maşınınızı,kondisionerinizi və bir sıra başqa cihazlarınızı mobil proqram vasitəsilə açıb-bağlayın.

Cihazlarınızla danışın!

Yəqinki hamımız paltaryuyan və qabyuyan maşının işini bitirməsini xeyli gözləmişik.

Zipato sizi bezdirici qayğıdan da azad edir.Əsas avadanlıqlarınıza ağıllı  priz  əlavə etməklə, Zipato anlıq bildirimlər vasitəsilə cihazınız işini bitirdikdə sizi xəbərdar edir.Bununla yanaşı, mövcud qaydalar sistemi və uyğun enerji ölçən avadanlıqlarla cihazınızızın enerji sərfiyyatını müşahidə edə və tənzimləyə bilərsiniz.