Siz buna layiqsiniz !

Zipato Sizin və ailə üzvləriniz rahatlığı üçündür.

Zipato ilə siz evinizin işıqlandırmasını, havalandırma sistemini, soyutma sistemini, pərdə və jalüzləri, əyləncə xarakterli avadanlıqları və sairə uzaqdan rahatlıqla idarə edə bilərsiniz. Siz asanlıqla evinizi avtomatlaşdıra, rahatlığını təmin edə və enerjisinə qənaət edə bilərsiniz.

Qarşılıqlı inteqrasiya

Zipato istənilən avadanlıqlara inteqrasiya edilir. Siz hər bir avadanlıq üçün ona yaxınlaşmaq məcburiyyətiniz qalmayacaqdır. Hər bir şey vahid kontrol interfeysi ilə idarə ediləcəkdir.

Tam idarəetmə

İstər darəetmə paneli, istər telefon və ya sadəcə internetlə bütün avadanlıqlarınızı idarə edin. Hər bir hissə barmağınızın toxunuşu altındadır.

Rahat proqramlaşdırma

Zipato Rule Creator modulu ilə siz hazır ssenarilər hazırlaya bilərsiniz. Ekranda adi pazl vasitəsilə siz istənilən hərəkəti xüsusi nizam və vaxt ərəfəsində işə sala və ya söndürə bilərsiniz. Çox rahat interfeysi vardır və heç bir xüsusi proqramlaşdırma biliyi tələb edilmir.

İNTEQRƏ MULTİMEDİA İDARƏSİ

Evinizdəki bütün səs, video və ev teatr sistemləri idarənizdə
Evinizdəki bütün səs, video və ev teatr sistemlərinə uzaqdan nəzarət edin. Kompüterinizi və ya mobil telefonunuzu uzaqdan bütün multimedia cihazları üçün istifadə edin. Siz bununla avtomatik olaraq media cihazlarını aça/bağlaya bilərsiniz. Evinizdə yoxkən oğrulara qarşı evdə biri var təəssüratı üçün səsli cihazları uzaqdan açıb/bağlamaq imkanınız vardır.

SİZƏ ÖZƏL PROQRAM YARATMA

Sadə online interfeys ilə bütün avtomatlaşdırmanı özünüz üçün özəlləşdirin
Zipato ilə tamamilə sizə xas bir avtomatlaşdırma və təhlükəsizlik həlli dizayn edə bilərsiniz. Irəli səviyyə proqramlaşdırıcı sayəsində evinizin sizin yerinizə düşünməsini və idarə etməsini təmin edə bilərsiniz. Zamanlayıcı xüsusiyyəti sayəsində təyin etdiyiniz bütün ssenarilərin və əmrlərin istədiyiniz saat və dəqiqədə işləməsi təmin edilir.Günəşin doğumunu və batımıneı nəzərə alaraq perdələrinizin bu saatlarda avtomatik olaraq açılması və bağlanması təmin edilir. Təhlükəsizlik sisteminin aktiv ya da passiv vəziyyətə gətilirməsini yenə bu proqramlaşdırıcı sayəsində özünüzə xas hala gətirə bilərsiniz.

 

AĞILLI AYDINLATMA

Hər evə ağıllı işıqlandırma sistemi

Evinizdəki mövcud açar və işıqlandırma sistemini dəyişdirmədən, kabelsiz modullarla asan və sürətli quraşdırma təmin edə bilərsiniz. Bunun nəticəsində anlıq olaraq uzaqdan konfiqurasiya qabiliyyətini qazanırsınız. Suvaq altı və ya suvaq üstü taxıla bilən açar variantlarından birini seçə bildiyiniz kimi hər marka və model açar ilə tam uyğunlaşarsınız