Ağıllı idarəetmə sistemi

Zipato sizə enerjinin nəyə sərf olunduğunu göstərir, üstə gəl lazımsız enerji sərfiyyatının qarşısını alır.

Bizim ağıllı idarəetmə sistemimiz vasitəsilə siz enerjini monitorinq edə və enerji sərfiyyatına qənaət edə bilərsiniz. Bununla siz rahatlığınızla bərabər pulunuza da qənaət etmiş olursunuz.

Enerji Xərclərinizi Azaldın

İsraf etdiyiniz enerji mənbəyini təyin edib, xərcləri azalda bilərsiniz.

Avadanlıqlarınızı İdarə Edin

Performansı izləyin və kritik avadanlıqların məlumatını əldə edin.

İşıq və Hava İdarəetməsi

İşıq və havalandırma sistemlərinizi telefon və ya kompyuterdən idarə edin

Enerji sərfiyyatının izlənməsi

Zipato sizin istənilən cihazınızın hal-hazırda nə qədər sərfiyyat etdiyini təyin edir. Elə indicə – sizin smartfon və ya kompyuter vasitəsilə…

Əvvəlki aylarda istifadə etdiyiniz enerji sərfi və əlaqədar aya aid məlumatlar müqayisə edilərək gələcək zamana dair enerji sərfi təxmini edə bilərsiniz.

Evdə olmadığınız zaman

Evdə olmadığınız zamanlarda belə enerji sərfinə nəzarət etməyə və idarə etməyə davam edə bilər, daha öncədən təyin etdiyiniz orta göstəricilərin üzərində bir enerji sərfi təsbit edildiyində xəbərdarlıq informasiya mesajları ala bilərsiniz. Sizə xüsusi hazırlanmış konfiqurasiya və ssenarilər ilə evinizi avtomatik olaraq çöldə rejiminə ala bilər və TV və s. elektron cihazları yuxu rejiminə keçirərək lazımsız enerji istehlakının qaşısını alarsınız.

AĞILLI TERMOSTAT

Ağıllı havalandırma və məhsuldar enerji istifadəsi

İstifadə etdiyiniz standart radiator ya da kondisionerə ağıllıca nəzarət edib, hər bir otağın temperaturunu ayrı-ayrı nizamlamaq artıq çox sadədir. Dilədiyiniz istilik şərtlərinə sahib olub, eyni zamanda qənaət etmiş olarsınız. Əla bir termostatın divarda yer alıb otağının estetikasını pozmaması, mümkündürsə görünməz olması lazımdır. Ağıllı ev sistemi ilə istər otaq termostatından temperatur nəzarəti həyata keçirir, istəsəniz də ağıllı telefonunuzdan istilik nizamlaya bilərsiniz.

Evinizin havalandırmasında bütöv həll

İsitmə və soyutma sisteminizi tək sistemdən nəzarət edin. Kondisioner, kombi, qazan, radiator, günəş enerjisi, isti su və s. bütün enerji sistemlərini uzaqdan və proqramlı idarə edə bilərsiniz. Limitsiz sayda istilik /soyutma və termostat cihazını idarə etmə qabiliyyəti həmçinin standart radiator ya da kondisioner istifadə edərək hər bir otağın ya da thermostat sahəsinin istiliyini nizamlaya bilərsiniz.