İNKİŞAF ETMİŞ TƏHLÜKƏSİZLİK

Hər zaman və davamlı olaraq mərkəzi xəbərdarlıq sisteminə bağlı olan inkişaf etmiş və uzaqdan idarə olunan avtomatlaşdırma sistemi ilə evinizin və ya iş yerinizin təhlükəsizliyini daha ağıllı və daha etibarlı bir şəkildə təmin edərsiniz. Sizin üçün dəyərli olan hər şeyi, icazəsiz istifadə, oğurluq, yanğın, su basması, qaz sızmağı və buna bənzər hər cür arzuolunmaz hallardan qoruyur. Bəsit təhlükəsizlik sistemləri kimi yalnız bir xəbərdarlıq və həyəcan sistemi yerinə, önləyici və qoruyucu bir xidmət alırsınız. Ağıllı ev sistemləri ilə gözünüz əsla arxada qalmaz, hər zaman və hər yerdən evinizin və ya iş yerinizin idarəsi tamamilə siz əlinizdə olur.


Dəm qazının yoxlanılması (1)
Zipato sizin mənzilinizin dəm qazından sızıntısını yoxlamağı bacarır.

Tüstü və duman detektoru (2)
Duman sensorları vasitəsilə yanğın xəbərdarlıq sistemi dəstəyi ilə Yanğınsöndürmə xidmətinə avtomatik məlumat verir.

Kənar girişlər (3)
Hərəkət və qapı/pəncərə sensorları köməyi ilə oğurluq xəbərdarlıq sistemi Polis orqanlarını avtomatik xəbərdar edir.

Şüşə sınma detektoru (4)
Şüşə sınma sensorları köməyi ilə Polis orqanlarını avtomatik xəbərdar edir.

Su basma sistemi (5)
Su basma sensorları ilə Yanğınsöndürmə xidmətinə avtomatik məlumat verir.

 

Yeni nəsil təhlükəsizlik sistemi

-Limitsiz sayda virtual həyəcan dəstəyi
-Dilədiyiniz qədər simsiz təhlükəsizlik sahəsi /zonası meydana gətirə bilmə
-Simli həyəcan sistemləri asan inteqrasiya
-İnternet girişi olan hər hansı bir ağıllı telefon ilə həyəcan sistemini -aktiv / passiv etmə və vəziyyət məlumatı ala bilmə

Təhlükəsizlik və 7/24 izləmə

-Hərəkət və qapı/pəncərə sensorları köməyi ilə oğurluq xəbərdarlıq sistemi
-Duman sensorları vasitəsilə yanğın xəbərdarlıq sistemi dəstəyi
-Su basma sensorları ilə su daşqını təsbit və qarşısının alınması sistemi
-Karbonmonoksit və qaz sensorları ilə sızıntının qarşısının alınması
-Həyəcan düymə dəstəyi ilə təcili zəng başlatmaq
-Ailə fərdlərinin sağlamlıq vəziyyətləri ilə əlaqədar 7/24 məlumat sahibi olma
-Təhlükəsizlik təşkilatlarına (polis, xilasetmə, və s.) təcili zəng edilməsi

Təhlükəsizlik avtomatlaşdırılması

-Web interfeysi vasitəsilə asan quraşdırma və konfiqurasiya
-Təhlükəsizlik və avtomatlaşdırmada eyni sensorları istifadə edə bilmə
-Hər hansı bir sızıntı halında avtomatik olaraq su və ya qaz axışını kəsmə
-Avtomatlaşdırılmış təyinata əsasən həyəcanı aktiv/passiv edə bilmə

7/24 izləmə və həyəcan sistemi

-Ağıllı ev sistemi ehtiyac duyduğunuzda evinizi uzaqdan kameralar vasitəsilə izləmənizə və istənmədiyiniz bir vəziyyətdə daha öncədən təyin etdiyiniz adam və ya təşkilatlara email, sms və ya telefon ilə avtomatik xəbər verə bilməyinizə imkan verir.
-Dünyanın hər hansı bir yerindən, internetə giriş təmin edə biləcəyiniz kompüter və ya ağıllı telefon vasitəsilə evinizdəki təhlükəsizlik sisteminə daxil ola bilər, sistemi işlədə və ya bağlaya bilərsiniz.

Su basqını təsbit və qarşısının alınması

-Evinizdə hamamınızı,mətbəxinizi, iş yerinizdə məlumat əməliyyat otağınızı su basmasına qarşı yoxlayır, su təsbit edildiyində xəbərdarlıq edir və müdaxilə etmə imkanı təqdim edir.

Sizə xas xüsusi məlumatlandırma xidməti

-Ağıllı ev sistemi, öz təyinatınıza uyğun məlumatlandırma məqsədi ilə sms göndərə, e-poçt ata bilər, sizin təyin etdiyiniz telefon nömrələrinə zəng edə bilər və ya öz təyinatınıza uyğun kamera qeydi apara bilər.

UZAQDAN KAMERA İLƏ İZLƏMƏ

Uzaqda olarkən belə evinizdə nələr olub bitdiyini izləyin

İnternet üzərindən və ya ağıllı telefonunuzdan, dünyanın harasında olarsanız olun evinizi canlı olaraq izləyə və ya qeydli videoları izləyə bilərsiniz. Hər hansı bir marka model IP kamera sistemini Zipato’ya zəhmətsizcə inteqrasiya edə bilərsiniz. Qeydli fotoşəkil ya da video formatındakı məlumatlara, e-poçt və ya sms məlumatlandırma xidmətləri vasitəsilə əldə edə bilərsiniz. Hər hansı bir gözlənilməz hərəkətlilik qeydə alındıqda avtomatik olaraq video qeydini başlada bilərsiniz. Hər hansı bir həyəcan vəziyyətində evinizə canlı olaraq bağlana və evinizdə olub bitəni izləyə bilərsiniz.

AVTOMATİK PİLOT

Siz evdə yoxkən oğruları evinizi uzaq tutmaq üçün avtomatik pilot istifadə edin

Tətildə olan zaman ya da evdə olmadığınız hər hansı bir vəziyyətdə evinizi avtomatik pilot rejiminə ala bilər və dinclik içində həyatınıza davam edə bilərsiniz. Zipato, ev avtomatlaşdırılmasını və təhlükəsizliyini inteqrasiya etmiş ağıllı bir həlldir. Məsələn: bağçanızda qeydə alınmış bir hərəkət, bağça ışığınızın yanmasını və həyəcan siqnalının çalınmasını təmin edərkən eyni anda sizə məlumat mesajı da göndərilə bilər. Siz tətildə olan zaman sanki evdəsiniz kimi otaqlarınızın işıqlarını gündəlik həyatdakı kimi davamlı olaraq açıq ya da bağlı mövqedə tuta bilər, TV və ya radionuzu evdəsiniz hissi vermək məqsədi ilə aça bilərsiniz.