23 Noyabr 2017 by mr.admin Məqalələr Z-wave Plus Nədir? Z-Wave Plus™ texnologiyası Z-Wave Plus™ texnologiyası, Z-wave platformasının 500 seriyası və ya 5-ci nəsil Z-wave adlanan yeni sertifikasiya proqramı olub , istifadəçilərə sahib olduqları məhsulların bütün üstünlüklərindən tam şəkildə istifadə imkanı təmin edir. Z-Wave Plus-un sertifikatlaşdırılmış həlləri, təkmiləşdirilmiş xüsusiyyət və imkanları, istehlakçıya geniş avtomatlaşdırma təcrübəsi yaşatmaqla Z-wave dalğası ilə işləyən cihazların quraşdırılmasını və proqramlaşdırılmasnı sadələşdirir , sürətləndirir. Z_Z-Wave texnologiyası, ilk Z-wave cihazı 2004-cü ildə sertifikatlaşdırıldıqdan sonra, ən çox evlərdə istifadə olunan çoxəməliyyatlı ağıllı qurğular üzrə bazarda aparıcı texnologiyalardan biri olmuşdur.Yeni nəsil Z-wave 500 seriyalı platformanın təqdim olunması ilə , Z-Wave uzadılmış batareya ömrü,daha geniş əhatə dairəsi və əlavə RF kanalları dəstəyi kimi imkanlarla ekosistemini daha da gücləndirdi. İstifadəçilər, ev sahibləri, servis şirkətləri üçün bu təkmilləşdirilmələr,qısa və asan quraşdırılma müddətində möhtəşəm səmərələr qazandırır,daha zəngin cihaz profili yaradır və daha uzun ömürlü batareya kimi rahatlıqlar təklif edir.Yeni Z- wave Plus sertifikasiya proqramı ilə, Z-Wave , müştəriləri məlumatlandırmaq məqsədiylə yeni Z-wave texnologiyalı cihazların paketlərinin üzərində Z-wave plus loqosu yerləşdirməyə başlamışdır.Beləliklə, istifadəçilər əldə etdikləri məhsulun artırılmış funksiyaları barəsində tam məlumata sahib ola biləcək. Xüsusiyyətləri Açıq havada 150m-ə qədər məlumat ötürmə imkanı Batareya ömründə 50% -ə qədər qənaət 67% daha geniş əhatə dairəsi 250% siqnal ötürmə gücü Daha yüksək səs toxunulmazlığı tezlikli siqnallar üçün 3 əsas RF kanalı Yeni Plug-n-Play Şəbəkə sistemi –geniş daxil-etmə xüsusiyyəti İkitərəfli kabelsiz kommunikasiya İstifadəçi yönümlü daha asan idarə-etmə Status yenilənmələri barədə məlumat Proqram təminatının yenilənməsi üçün standartlaşdırılmış üsullar. ( Over the Air)) Məhsul sertifikatlaşdırma məlumat bazası üçün təkmilləşdirilmiş məhsul diapazonu Ən çox verilən suallar Z-wave Plus nədir ? Z-Wave Plus istifadəçilərin Z-wave məhsullarından istifadə edərək daha geniş tətbiqlər yaratmasını təmin edən, təkmilləşdirilmiş xüsusiyyətlər və imkanlar təqdim edən sertifikatlaşdırma proqramıdır. Z-wave və Z-wave Plus məhsulu arasında fərq nədən ibarətdir ? Z-Wave Plus məhsulları Z-wave texnologiyasındakı ən son üstünlüklərə malikdir. Bü üstünlüklər : daha uzun batareya ömrü, daha yaxşı RF əhatəsi, sürətli əməliyyat idarə -etməsi və asan quraşdırılmadır. Klasik Z-wave cihazlarının əksəriyyəti bu üstünlüklərə malik deyil.Qeyd etmək lazımdır ki , 70 milyondan çox klasik Z-wave və Z-wave Plus qurğuları dünya miqyasında evlərdə və ofislərdə quraşdırılmışdır və istifadəçilərin tələbatlarını tam şəkildə qarşılayır. Z-wave Plus məhsulları klasik Z-wave qurğuları iıə uyumludur mu ? Bəli, Z-Wave Plus məhsulları ilk Z-Wave məhsulları ilə tam problemsiz şəkildə çalışır. Niyə məhz Z-wave Plus ? 12ildən çox dünya bazarındakı iqtisadi tənzimləmələr və Z-wave texnologiyasındakı davamlı inkişaf, kommunikasiya texnologiyaları sahəsinə yeni bir baxış bucağı gətirdi. Ən son mikro çip performans təkmilləşdirilməsi, bu qurğuların tətbiqini daha asan və ekonomik hala gətirdi.. Z-wave Plus-un maliyyəti çoxdur ? Xeyr. Əksər texnologiyalarda olduğu kimi, performans davamlı olaraq artır, qiymət isə olduğu kimi qalır. Z-Wave Plus və Z-Wave məhsullarının qiymət cəhətdən aralarında kiçik fərqlər ola bilər, lakin dəyişiklər sizin rahatlığınızı təmin etmək üçündür. Z-Wave Plus məhsulu aldığımı hardan bilə bilərəm? Z-Wave Plus sertifikatlı cihazlar paketlərin üzərində aşağıdakı loqo ilə istehlaka buraxılır.Bu loqo sayəsində, siz Z-wave Plus məhsulu aldığınızdan tam əmin ola bilərsiniz.:
21 Noyabr 2017 by mr.admin Məqalələr Zipato ilə həyatınızı asanlaşdıracaq 3 əsas üsul Zipato haqqında ən əsas məsələ ondan ibarətdir ki , bütün cihazlarınızı həmçinin bir birinıə bağlaya bilərsiniz.İnsanlar bəzən elə düşünürlər ki , biz yalnız bahalı işıq və səs sistemlərini quraşdırırıq – lakin bu belə deyildir, qoşulma prosesi və maliyyəti çox azdır. Biz daim müştərilər üçün ən sərfəlisini axtarırıq.İndi isə, evinizi ağıllı etməyin daha sadə, effektiv və ucuz yolları haqqında danışaq.
06 Sentyabr 2017 by mr.admin Məqalələr CES 2017 “İnnovasiya Laureatı” 2016-cı il Noyabrın 11-də, Zipato ağıllı ev idarə panelinin yeni versiyası- Zipatile-a görə, CES 2017 “İnnovasiya Laureatı” mükafatına layiq görüldüyü açıqladı. Bü önəmli proqrama daxil olan məhsullar, 28 məhsul kateqoriyalarından “istehlakçı elektronikaları” kateqoriyası üzrə, müstəqil sənaye dizaynerləri, önəmli mühəndislər və beynəlxalq ticarət mediasından ibarət panel tərəfindən, ən müasir dizayn və multifunksionallığına görə dəyərləndirilirdi.