Evinizin qaydalarını siz təyin edin

Asan online interfeysi sayəsində Zipato sistemini eviniz üçün özəlləşdirə bilərsiniz

Bir çox bilinən ev avtomatlaşdırma sistemi müştərilərinin sistemə uzaqdan bağlanıb həyəcanı və işıqları açıb baglamasına imkan verir. Ancaq yalnız Zipato’nun Qayda Yaratmaq sistemi müştərilərinin ev avtomatlaşdırma sensor və cihazlarının qabiliyyətlərini tam mənasıyla istifadəsinə imkan verir. Zipato Qayda Yaratma qrafik interfeysi sayəsində çətinlik çəkmədən, tapmacalar qurğusuna görə hazırlanmış strukturlar sayəsində asanca sistemə qayda müəyyən edə bilərsiniz. Üstəlik, qayda yaratmaq üçün irəli səviyyə proqramlaşdırma məlumatı və bacarığı lazım deyil, hər hansı bir adam qrafiklər köməyiylə bu əməliyyatı asanlıqla həyata keçirə bilər.

Sistemin işini hərəkətə gətirən faktorlar

Hər hansı bir cihazın vəziyyət dəyişikliyi,
Zaman, gün doğumu/batımı,
Temperatur, rütubət, təmas,
Hərəkətlilik, hərəkətsizlik,
Təhlükəsizlik panelində qarşılaşılan hadisələr,
Saniyə/dəqiqə aralıqlarında nizamlı tekrarlamalar, və s.

Hər hansı bir hərəkət vəziyyətində alına biləcək fəaliyyətlər

İşıqlandırma ilə əlaqədar nəzarət mesajlaşması,
E-mail, sms göndərilməsi, telefon açma,
Əvvəlcədən müəyyən edilmiş ssenari qaydası,
Panjurları açma/bağlama,
Havalandırmanı açma/bağlama,
Başqa bir hərəkətin aktiv olması,
IP kameranın qeyd aparması və s.

Evinizin qaydalarını siz təyin edin

Aşağıdakı sadə nümunədə evin qapısı açıldıqda ev sahibinə sms atılacaqdır.

1. ADDIM: Qayda yaratmaq üçün əvvəlcə web saytımızda olan My Zipato linkinə daxil olaraq, My Zipato platformasına istifadəçi adı və şifrə ilə daxil olun.

2. ADDIM: My Zipato platformasında yuxarıda sağda olan qayda yaradılması nişanını seçərək qayda yaradılması interfeysinə daxil olun. Qayda yaradılması əsas ekranı aşağıdakı kimidir.

3. ADDIM: Sürüşdür burax metodu ilə sol menyudan alqoritmin əsas dam yaradılır. İrəlidəki addımlarda yaradılmaq istənilən qaydaya bağlı olaraq əlaqədar sensor və fəaliyyətlər təyin olunaraq qayda tamamlanacaqdır.

4. ADDIM: Bir qayda damı meydana gətirdikdən sonra sensor ikonu seçilir və dama əlavə olunur.

5. ADDIM: Sensor ikonuna, hansı sensor uc nöqtəsinin əlavə olunacağı sağ altdakı menudan seçilir və sensor ikonunun içinə yerləşdirilir. Bu nümunədə, qapı sensoru seçilərək zamanlama əsas damı içindəki sensor ikonuna daşınır.

6. ADDIM: Qapı sensoru ilə əlaqədar yazılacaq qayda, qapı açıldığında sistemin sms atması olduğu üçün, sensorun OPEN (= AÇIQ) olduğu vəziyyət seçilir.

7. ADDIM: Qapı açıldığında ediləcək hərəkəti təyin etmək üçün hərəkət qovluğundan “mesaj göndər” hərəkəti seçilir və qayda damına əlavə olunur.

8. ADDIM: Mesaj göndər hərəkəti əlavə olunduqdan sonra “konfiqurasiya” nişanına girilərək alt ekran açılır və sms atılması istənilən telefon nömrəsi və sms məzmunu məlumatları daxil edilir. Bu əməliyyat tamamlandıqdan sonra qayda “qeyd et” nişanı seçilərək qeyd olunur.

9. ADDIM: Son olaraq bu qaydanın dövrəyə girə bilməsi üçün sağda olan “qaydaları sinxron et” nişanı seçilməlidir.