Z-Wave

Z-wave, dünya daxilində qəbul olunmuş bir ev/ofis avtomatlaşdırması (ITU-T G.9959) olub hər evi sürətli, asan və səmərəli bir şəkildə ”ağıllı ev ” edən, bütün ev elektronikasının bir-biri ilə danışmasını təmin edən, asan bir şəkildə divarlar zəminlər və skaflardan keçə bilən, aşağı güclü radio dalğalarını istifadə edən yeni nəsil kabelsiz rabitə standartıdır. Z-wave demek olar ki evinizdəki hər elektrikli cihaza əlavə oluna bilər hətta ” ağıllı ” olma ehtimalı vermədiyiniz cihazları belə idarə edə bilir (məsələn: radiator, jalyüzlər, pərdələr, işıqlar, və s.).

Z-wave cüt istiqamətli məlumat mübadiləsi edə bilməsi sayəsində, z-wave şəbəkənizə bağlı bütün nöqtələri internetin olduğu hər yerdən mobil telefonu, notebook və s. cihazlarınızla nəzarət imkan və o andakı vəziyyətini izləyə bilmənizi təmin edir və ya istədiyiniz vəziyyətlərdə sizi məlumatlandıra bilir.

Z-Wave’in yaydığı elektromaqnit dalğa bir mobil telefonu ilə müqayisədə, mobil telefonun yaydığı elektromaqnit dalğa Z-Wave’in yaydığından 4000-qat çoxdur.

Zigbee

Zigbee, fərdi sahə şəbəkələri üçün istifadə edilən bir IEEE 802 standartına görə kiçik, aşağı güclü rəqəmsal radiolar istifadə olunaraq yaradılan yüksək səviyyədə ünsiyyət protokollarının özəlləşdirilməsidir.Proqramlarda, kabelsiz işıq açarları, ev-içi-ekranlar ilə elektrik sayğacları və digər istehlakçının və sənaye avadanlığının aşağı dərəcələrdə verdiyi qısa mənzilli kabelsiz transferi mövcud olmaqdadır.ZigBee aşağı dəyərli, aşağı güclü kabelsiz şəbəkə standartıdır. Aşağı qiymətli texnoloji, məşhur kabelsiz idarəsini və izlemə proqramlarında paylanmasına imkan verir. Aşağı güc istifadəsi daha kiçik batareya ilə daha uzun müddətli ömür təmin edir. Şəbəkə, yüksək etibarlılıq və daha əhatəli olmağı təmin edir. ZigBee çip istehsalçıları adətən 60 KB ilə 256 KB arasındakı ölçülərdə flash yaddaşa sahib inteqrə dövrələr satmaqdadırlar. ZigBee (ISM) sənaye, elmi və tibbi radio diapazonlarında işləyir; Avropada 868 Mhz, ABŞ və Avstraliya 915 Mhz və dünya səviyyəsində 2.4 GHz. Məlumat ötürülməsi sürəti 20 ilə 900 kb/san arasında dəyişir.

KNX

KNX Sistemi; 36 ölkədə, dünyanın qabaqda gələn 330 texnologiya istehsal edən firmanın cihaz istehsal etdiyi, açıq qaynaq kodlu sistem protokolunun adıdır. KNX sistemi Avropa və dünyada ağıllı bina texnologiyalarında liderlik edərək, sistem standartlarını təyin edən quruluşdur. KNX sistemində ilkin hədəf; davamlı texnologiya ilə, istifadəçilərinə tək bir markaya bağlı qalmadan minlərlə növ məhsullarla alternativlər təqdim etmək; həll ortaqları ilə istifadəçilərinə ən məhsuldar və ən optimal həllin layihə ehtiyaclarına görə təqdim edilməsini təmin etməkdir.

KNX/EIB bina nəzarət sistemi, iki telli aşağı gərginlikli (29 VDC.) bir Bus xəttinə bağlanan açar, termostat, detektor və s. sensorlar ilə eyni xəttə bağlanan sürücü cihazlarından (on/off, dimmer, motor sürücü və s.) ibarətdir. Sistemin işlədilməsi üçün nəzarət lövhəsi və ya bir kompüterə ehtiyac yoxdur. Cihazlar, bağlı olduqları Bus xətti üzərindən bir-birləri ilə xəbərləşərək mərkəzi bir idarə modulu olmadan müstəqil olaraq funksiyalarını yerinə yetirirlər. Bu da sistem üzərində çox geniş və etibarlı bir idarə/avtomatlaşdırma imkanı təmin etməkdədir.