Zipato necə işləyir?

Zipato Ağıllı Ev Sisteminin iki ana təməl daşı olur:
Zipacloud (Zipabulud)Zipabox

Zipacloud Ağıllı Bulud İnformasiya texnologiyası internet üzərindən evinizə dəyər qatar.

Uzaqdan İdarə: Dünyanın harasında olarsanız olun, internet bağlantısı olan hər hansı bir ağıllı telefon, notebook və ya kompüter üzərindən sisteminizi uzaqdan idarə edə bilərsiniz.
7/24 İzlemə və Təqib: Eviniz və ya iş yeriniz, Zipato İdarə mərkəzinə hər zaman bağlı qalır. Bu sayədə istədiyiniz yer, zaman və vəziyyətdə, evinizə bağlana, izləyə, sistemin parametrlərini dəyişə bilərsiniz.
Ümumi Xəbərdarlıq Sistemi: İnternet üzərindən buluda bağlı olan eviniz içərisində meydana gələ biləcək hər bir vəziyyət haqqında, istədiyiniz rabitə kanalları üzərindən (e-mail, sms, telefon) məlumat ala bilərsiniz.
Asan Proqramlaşdırma: Zipato qayda yaradılması proqramı sayəsində, heç bir proqramlaşdırma məlumatına sahib olmadan, oyun oynayır kimi evinizin qaydalarını müəyyən edə bilərsiniz.
Virtual Cihazlar: Internet üzərindən online məlumat ötürülməsi ilə virtual stansiyalar yaradaraq, günlük hava vəziyyəti, günəş doğuş və batış saatları, elektrik ödənişləri və s. məlumatlarla yaradıcı avtomatlaşdırma qaydaları təyin edə bilərsiniz.

Zipabox, ağıllı ev avtomatlaşdırma sisteminin ürəyidir

Zipabox iki əhəmiyyətli vəzifəsni özündə cəmləşdirir. Bunlardan birincisi internet üzərindən Zipacloud ilə ünsiyyət qurmaq, bir digəri isə evin içərisindəki bütün sensorları bir orkestr şefi kimi idarə etməkdir.Zipabox yeni nəsil idarə sistemi bütün ev elektronikasını idarə etməyinizi təmin edir. Ümumiyyətlə divarlardan asan keçə bilən etibarlı və aşağı-gücdə radio dalğaları ilə evinizdəki elektron cihazlarla rabitə qura bildiyi kimi, lazım olduqda mövcud kabelli sistemlər üzərindən də idarəni təmin edə bilər.Zipabox özünə asanlıqla əlavə olunan müxtəlif əlavə modullar ilə genişləndirilərək hər cür böyüklükdəki mühit üçün ağıllı avtomatlaşdırılma həlləri təqdim edə bildiyi kimi, bir çox fərqli yeni funksiya qazana bilir (təhlükəsizlik modulu, ehtiyatlama modulu, güc modulu, KNX modulu, və s.).